57 illik körpü ilk dəfə təmir edilir

57 illik körpü ilk dəfə təmir edilir

Zaqatala şəhərində Tala çayı üzərində yerləşən körpüdə aparılan təmir işləri yekunlaşmaq üzrədir.

Azəravtoyol ASC-dən Sfera.az-a verilən məlumata görə, Tala çayı üzərindəki körpü ötən əsrin 60-cı illərində inşa edilib. 132 metr uzunluğundakı körpünün əsaslı təmiri zamanı eni hər iki istiqamət üzrə 1.5 metr enində genişləndirilərək, 9.5 metrdən 12.5 metrə çatdırılıb. Vətəndaşlar üçün isə körpünün kənar hissəsində 1.5 metr enində piyada səkiləri inşa edilib. Təmirin tez bitməsi üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, Zaqatala-Balakən-Mazımçayda daha 4 avtomobil körpüsünün əsaslı şəkildə təmiri nəzərdə tutulub.

Sfera.az


OXŞAR XƏBƏRLƏR