Samir Şərifov ABŞ-a gedir
Vaşinqtonda keçiriləcək Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun İllik Toplantısında Azərbaycanı maliyyə naziri Samir Şərifov təmsil edəcək.
Nazirlikdən Sfera.az-a verilən məlumata görə, 11-15 oktyabr tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda illik toplantı keçiriləcək. Toplantıda S.Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək. Səfər zamanı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı çərçivəsində dünya iqtisadiyyatının cari vəziyyəti, yoxsulluğun aradan qaldırılması, iqtisadi inkişaf və yardımın effektivliyi daxil olmaqla, qlobal narahatlıq doğuran bir çox məsələlər müzakirə olunacaq.
Sfera.az