1 həftə əvvəl burada Mahmudovun atasının heykəli var idi… - FOTO

1 həftə əvvəl burada Mahmudovun atasının heykəli var idi… -  FOTO

Bir müddət əvvəl milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılan Eldar Mahmudovun atasının Naxçıvanın Şəruru rayonunda olan heykəlinin sökülməsi ilə bağlı xəbər vermişdik.

Bu barədə oktyabrın 29-da Naxçıvanda yaşayan jurnalist, ictimai fəal Həkimeldostu Mehdiyev sosial şəbəkədə yazmışdı.

Sonradan bu xəbərin yalan olması haqda da fikirlər səsləndirildi.

Sfera.az musavat.com-a istinadən xəbər verir ki, keçmiş nazirin atasının heykəli oktyabrın 31-də sökülüb. Heykəl nazirin işdən çıxarılmasından 2-3 gün sonra tendlə bağlanıb. Oktyabrın 31-də isə sökülüb.

Təqdim etdiyimiz fotolarda uçurulmuş ərazidə əvvəllər nazirin atasının heykəli olub.

Mətbuatda sabiq nazirin atasının adına olan məktəbin sökülməsi və ya adının dəyişdirilməsi ilə də bağlı xəbərlər yayılmışdı. Bu məlumatla bağlı onu qeyd edək ki, məktəb sabiq nazirin atasının adını daşımayıb.

Əvvəllər Şərur Türk Liseyi fəaliyyət göstərərkən lisey üçün yeni bina Eldar Mahmudov tərəfindən tikilmişdi. Həmin binada otaqlardan biri sırf nazir atasının fəaliyyəti ilə bağlı məlumatlar yerləşdirilmiş, fotolar asılmışdı. Heykəl də elə o zaman qoyulmuşdu.

Sonradan Azərbaycanda fəaliyyət göstərən liseylər 2014-cü ildə bağlanan zaman Şərur Türk Liseyi də bağlandı.

Məktəbin adı dəyişdirilərək Fizik-kimya təmayüllü lisey edildi və hazırda fəaliyyəti davam edir.

Qeyd edək ki, sabiq nazirin atası Əhməd Mahmudov 1923-cü ildə Naxçıvanın Gəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. AMEA-ının İqtisadiyyat İnstitutunun direktoru, akademiyanın həqiqi üzvü olub.

Qeyd edək ki, professor Əhməd Mahmudov 1989-cu il may ayının 8-də Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.


OXŞAR XƏBƏRLƏR

“İTV-də o verilişi görəndə kanalı çevirirəm” - VİDEO

““İctimai” televiziya bu yeni mövsümünü “Vətəndaş A” serialı ilə açdı. Bu ekran əsəri 12 bölümdən ibarətdir. “Vətəndaş A&rdq...

"Bakı kart"ın mobil tətbiqinin fəaliyyətinin bərpa olunacağı vaxt AÇIQLANDI

"Bakı kart"ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Age...

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in &quo...

Bu şəxslər cərimələnəcək - 800 manatadək...

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə ç...

"Sinvarın ölümü ilə HƏMAS-a dəstək olan dövlətlər belə..." - ŞƏRH

Ötən gün İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib. Ordunun məlumatına görə, Qəzzadakı əməliyyatlarda 3 terrorçu məhv edilib və onlardan ...

Elm və təhsil naziri Tovuzda vətəndaşları qəbul etdi

Oktyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev Tovuz şəhərində vətəndaş qəbulu keçirib.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən...