Narkoman 4-cü sinif şagirdləri - Azərbaycanda şok hadisə

Narkoman 4-cü sinif şagirdləri -  Azərbaycanda şok hadisə
“2014-cü ildə yetkinlik yaşına çatmayan uşaqlar arasında 5 nəfər narkotik maddə istifadəçisi aşkar olunub. Onların arasında 7, 9, 10-cu sinif şagirdləri də var. Hətta 4 və 5-ci siniflərdə də narkotikdən istifadə edən şagirdlərə rast gəlinir”. Bunu Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbərinin müavini Leyla Yolçiyeva deyib. 
 
O, bildirib ki, tələbə və şagirdlərin maddi imkanları olmadığına görə, onlar sintetik tərkibli narkotik vasitələrdən istifadə edirlər. Buda daha çox aslılıq yaradır: “Hətta bir - iki dəfə istifadədən sonra insan özünü narkotik vasitəsiz təsəvvür edə bilmir. Az doza ilə qəbul edir. Daha sonra bundan zövq ala bilmir. Və dozanı artırmağa başlayır. Son nəticədə isə dozanı aşma “peridazirovka” deyilən həddə gəlib çıxır. Bu zaman isə orqanizm tap gətirə bilmir, qara ciyər sıradan çıxır”.
 
L. Yolçiyeva həmçinin əlavə edib ki, tərtib olunan statistikada tələbələrlə bağlı məlumat yoxdur. Çünki narkotikdən istifadə edən tələbələr adətən qeydiyyata düşməməyə çalışır. Belə olan halda isə statistikada problem yaşanır: “Ümumilikdə isə ölkəmizdə 28 min 656 nəfər rəsmi qeydiyyatda olan narkoman var ki, onlardan 554 nəfəri qadınlardır. 666 nəfər isə anonim müalicə alır. Qeyri-rəsmi statistik rəqəmlər isə daha çoxdur”. 
 
O, deyib ki, orta məktəblərədə narkotik vasitələrin məktəblilər arasında yayılmasının qarşısını almaq məqsədi ilə Təhsil Nazirliyi ilə birlikdə kurrikulum hazırlanıb. Onun sözlərinə görə, növbəti illərdə bu dərs vəsaiti kimi məktəblərdə tədris olunacaq: “Demək olar ki, Azərbaycanın bütün universitetlərində tələbələrlə görüşlərdə olmuşuq. Tələbələr açıq şəkildə bizə suallarını verə bilirlər. Məktəblərdə də bu tipli görüşlər edirik. Hətta görüşdən sonra etiraf edənlər də olur. İstifadəçilərdən bəziləri deyir ki, sadəcə dadına baxmaq məqsədilə istifadə etmişəm. Amma indi alışmışam valideyinlərimə deyə bilmirəm. Biz də onları səhiyyə ocaqlarına yönləndiririk. Rayonlarda da tez-tez gedib maarifləndirmə işi aparırıq. Daha çox cənub bölgəsinə görüşlərə gedirik”.  //azvision.az

OXŞAR XƏBƏRLƏR

"Bakı kart"ın mobil tətbiqinin fəaliyyətinin bərpa olunacağı vaxt AÇIQLANDI

"Bakı kart"ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Age...

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in &quo...

Bu şəxslər cərimələnəcək - 800 manatadək...

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə ç...

"Sinvarın ölümü ilə HƏMAS-a dəstək olan dövlətlər belə..." - ŞƏRH

Ötən gün İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib. Ordunun məlumatına görə, Qəzzadakı əməliyyatlarda 3 terrorçu məhv edilib və onlardan ...

Elm və təhsil naziri Tovuzda vətəndaşları qəbul etdi

Oktyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev Tovuz şəhərində vətəndaş qəbulu keçirib.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən...

COP29-da bu insanlar da iştirak edə biləcəklər

COP29-un keçiriləcəyi sahələrdəki sıxlıqdan başlayaraq nəqliyyat sisteminin əlçatanlığına qədər hər şeyi nəzərə almışıq.   Sfera.az xəbər verir ki, b...