Şamaxıda kütləvi dava: Ər-arvad döyüldü

Şamaxıda kütləvi dava: Ər-arvad döyüldü

Şamaxı rayonunda kütləvi dava zamanı ər-arvad döyülüb.

Report-un məlumatına görə, hadisə rayonun Çarhan kəndində qeydə alınıb.

Kənd sakini Qulam Səftərovla xırdabuynuzlu mal-qaranı kəndin ərazisində otaran rayonun Şəhriyar qəsəbəsinin sakini Mehman Osmanov arasında mübahisə yaranıb. Səbəb isə həmin kəndin ərazisində başqa qəsəbə va ya kəndlərin sakinlərinə məxsus mal-qaranın otarılmasına kənd sakinlərinin qarşı çıxması olub. Buna görə də Çarhan kəndinin sakinləri orada heyvanları otaran çoban M.Osmanovdan mal-qaranı kəndin otlaq sahəsindən uzaqlaşdırmağı tələb ediblər.

Daha sonra mübahisəyə qoşulan Çahran kəndinin üç nəfər sakini çobanın yaşadığı evə hücum edərək onu və həyat yoldaşını döyüblər.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan ər-arvad qonşular tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırılır.

Sfera.az



OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

Sabahın havası - Yağış, şimşək, dolu...​​​​​​

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlən...

Mask məxfi məlumatlara çıxış əldə etdi - İDDİA

Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskın özəl şirkətlərə aid məxfi məlumatlara çıxış əldə etdiyi iddia...

Goranboyda qonşular arasında insident

Goranboy rayonunda qonşular arasında düşən dava bir nəfərin xəsarət alması ilə nəticələnib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, Alpo...

12 günlük savaş: İran itkilərini yenilədi - RƏSMİ

İsraillə 12 günlük müharibə zamanı ölən iranlıların sayı yenilənib.   Sfera.az xəbər verir ki, bu barədə İran ədliyyəsinin sözçüsü Əsgər Cahangiri de...

Azərbaycan səfiri Rusiya XİN-in binasını tərk edib

Azərbaycan Respublikasının Rusiyadakı səfiri Rəhman Mustafayev bu gün Moskvada Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az Rusiya mediasın...