Pensiya ilə bağlı xəbərimiz var - VİDEO

Pensiya ilə bağlı xəbərimiz var -  VİDEO

Dövlət Sosial Müdafiə Fondu yeni təklif hazırlayıb.

Təklifə əsasən, hərbi qulluqçular və daxili işlər orqanlarının xüsusi rütbəli şəxsləri güzəştli pensiyaya çıxmaq üçün 20 il deyil, 25 il işləməli olacaqlar.

Silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan xidmət müddətinin 20 ildən 25 ilə qaldırılması məsələsi nəzərdən keçirilir. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Əgər təklif qəbul edilərsə, hərbi qulluqçular və daxili işlər orqanlarının xüsusi rütbəli şəxsləri güzəştli pensiyaya çıxmaq üçün 20 il deyil, 25 il işləməli olacaqlar. İslahat tədbirləri çərçivəsində ömür uzunluğu göstəricisinin pensiya sisteminə təsirinin tənzimlənməsi zəruriliyi önə çəkilib.

Təklif qəbul edildiyi təqdirdə bu qaydalar pensiyaya çıxmış şəxslərə şamil edilməyəcək. Onların pensiyası gələcəkdə yenidən hesablandıqda təyinat tarixinə tətbiq olunmuş əvvəlki qayda tətbiq ediləcək. Yəni onlar pensiyalarını indiyədək aldıqları qaydada almağa davam edəcəklər.

Fonddan eyni zamanda bildirilib ki, xidmət müddətinin 25 ilədək uzadılmasınnı müsbət cəhəti də var. Bu qərar sayəsində Dövlət Sosial Müdafiə Fondunun ehtiyatları artacaq. Nəticədə gələcəkdə pensiyaların artırılması da mümkün ola bilər, üstəlik güzəştli pensiyaya çıxanlar təqaüd dövründə daha çox pensiya ala bilərlər.

Dövlət Sosial Müdafiə Fondundan həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 30 ilə qaldırılmasının nəzərdə tutulmadığı da bildirilib //xəzərtv

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Klublara can yandıran yoxdur, futbolu dövlət nəzarətə götürsün" - Razi Nurullayev

Deputat Razi Nurullayev son günlər müzakirə obyektinə çevrilən Azərbaycan futbolunun uğursuz nəticələri ilə bağlı fikirlərini bölüşüb.   Sfera.az-ın&...

COP29 müddətində Bakı metrosunun hərəkət intervalında dəyişikliklər olacaq

COP29 müddətində Bakı metrosunun hərəkət intervalında müəyyən dəyişikliklər olacaq.   Sfera.az xəbər verir ki, bunu COP29 Nəqliyyat Departamentinin r...

"Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır" - İran XİN başçısı

Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xaric...

"Barselona" klubu fırıldaqçının "qurban"ı oldu

İspaniyanın "Barselona" klubu fırıldaqçının "qurban"ı olub.   Sfera.az xəbər verir ki, bu barədə "Cadena Cer" məlumat y...

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq - RƏSMİ

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.   Sfera.az APA-ya istinadə...

Kapital Bank-dan böyük fürsət: depozitiniz sizə 50 000 AZN qazanmaq şansı yaradır

Ölkənin birinci bankı Kapital Bank-ın depozit yerləşdirən müştərilər üçün həyata keçirdiyi stimullaşdırıcı "Depozit lotereyası" davam edir. Şərtlərə ə...