\"Şimali İraqa embarqo \"Palmali\"yə təsir etməyəcək\" - Mübariz Mənsimov

\

"Türkiyə investisiya qoymaq üçün ən uyğun ölkələr sırasındadır. Boğazdan gün ərzində 20-30 Palmali gəmisi keçir.”

Sfera.az xəbər verir ki bu sözləri Palmali şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov söyləyib. Onun sözlərinə görə, gəmiçilik, turizm və inşaat sahəsində Türkiyəyə 1,5 milyard dollardan çox sərmayə qoyulub.

Mənsimov Şimali İraqdan heç vaxt neft daşımadıqlarını söyləyib:

"Şimali İraqla heç vaxt əməkdaşlıq etməmişik. Buna görə də, Şimali İraqa tətbiq olunan embarqo bizə təsir etməyəcək.”

Həmçinin iş adamı əlavə edib ki, onların əsas işi dənizçilikdir, bu məqsədlə də ABŞ-da və Avropadakı layihələri yaxından izləyirlər.

Türkiyəyə sərmayə qoymağın əlverişli olduğunu vurğulayan Mənsimov dənizçilik sahəsində Palmalinin əhəmiyyətli mövqedə dayandığını bildirib: "BP, Shell, otal, Greencore, Rosneft kimi şirkətlərlə çalışırıq. Dənizçilik sahəsində dünya səviyyəli şirkətlərin siyahısında ilk beşlikdəyik.”

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kəlbəcərdə traktor minaya düşdü: yaralanan var

Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var.   Sfera.az xəbər verir ki, rayonun Susuzluq kənd ərazisində traktorun minaya düşməsi nəticəsində 1...

Aysunun keçmiş əri 16 yaşlı qızla evləndi - VİDEO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Ramil Vəliyev yenidən ailə qurub.   Sfera.az xəbər verir ki, ifaçının eks-ərinin toyu baş tutub...

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi

Milli Hidrometeorologiya Xidməti iyunun 2-si gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəra...

6 abituriyent, 1 nəzarətçi imtahandan qovuldu

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğraf...

Abşeron yarımadasında xəzri küləyi sabah güclənəcək

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq.     Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məl...

Özünün də xərçəngdən əziyyət çəkdiyini dedi

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni Şimal Gülənlə bağlı pa...