Kərə yağının qiyməti açıqlandı – Rəsmi

16:20 / 06.10.2017
1318
Kərə yağının sentyabr ayı üçün orta statistik qiyməti 5.20 ABŞ dolları təşkil edir.
Bu barədə məlumatı Sfera.az-a Dövlət Gömrük Komitəsi verib. Komitədən bildiriblər ki, idxal əməliyyatları zamanı gömrük dəyəri gömrük orqanlarına təqdim edilən xarici ticarət müqavilələrində müəyyən olunan satış qiymətləri göndərmə şərtləri əsasında formalaşır və müvafiq gömrük ödənişləri hesablanır.
Gömrük ödənişləri ödənildikdən sonra məhsul sərbəst dövriyyəyə buraxılır.
Sfera.az