Rəşad Sadıqova xatirə hədiyyəsi təqdim edilib
İdman
01:10 / 06.10.2017
1551
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının heyətində sonuncu - 111-ci oyununa çıxan kapitan Rəşad Sadıqova xatirə hədiyyəsi verib.
Report xəbər verir ki, assosiasiya rəhbəri 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiyaya qarşı vida matçına çıxan 35 yaşlı müdafiəçiyə yığmanın üzərində 111 yazılmış formasını təqdim edib.
Qeyd edək ki, R.Sadıqov millidə ilk oyununu 2001-ci ildə İsveç yığmasına qarşı keçirib.
Sfera.az