Gürcüstanda erməni qiyamının qarşısı alınıb

Gürcüstanda erməni qiyamının qarşısı alınıb

Rəsmi Tiflis Ermənistanın Gürcüstana səfir təyin etmək istədiyi erməni politoloq, Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın namizədliyini təsdiq etməyib.

Sfera.az xəbər verir ki, bu fikirlər "Atlas” Araşdırmalar Mərkəzinin təhlilində yer alıb. Mərkəz bildirir ki, bunun iki səbəbi var:

"Birincisi, Gürcüstanda doğulan Minasyan bu ölkədə erməni separatizminə dəstək verib, hətta deyib ki, Rusiya erməniləri qorumaq üçün Gürcüstana müdaxilə etməlidir. Minsanyan bildirib ki, Gürcüstanda yaşayan ermənilər heç vaxt Gürcüstanı özlərinə vətən hesab etməyiblər.

İkincisi, Sergey Minasyan bütün məsələlərdə Rusiyanı dəstəkləyir. Gürcüstan tərəfində ciddi şübhə var ki, Sergey Minasyan bu ölkədə Ermənistanı deyil, Rusiyanı təmsil edəcək. Minasyanın Rusiyanın kəşfiyyat xidmətləri ilə əlaqələrinə dair də şübhələr var.

Aydındır ki, belə bir şəxsi Gürcüstan səfir olaraq qəbul edə bilməz. Bəs rəsmi İrəvan bilə-bilə ki, Tiflis Sergey Minasyanı səfir kimi qəbul etməyəcək, nədən onu Gürcüstana səfir təyin etmək istəyib?

Birinci səbəb odur ki, Ermənistan hakimiyyəti Sergey Minasyanın vasitəsilə Gürcüstanda yaşayan erməniləri fəallaşdırmağa çalışacaqdı. Məsələ burasındadır ki, 1980-ci illərdə Ermənistan Azərbaycanla yanaşı, Gürcüstandakı erməniləri də mərkəzi hökumətə qarşı qiyama qaldırmaq istəyib. Ancaq daha sonra fikirləşdilər ki, Ermənistan eyni zamanda həm Türkiyə, həm Azərbaycan, həm də Gürcüstanla düşmən ola bilməz. İndi görünür, yenidən köhnə planlarına qayıdırlar. Gürcüstandakı ermənilərin fəallaşdırılması Rusiyadakı bəzi mərkəzlərin planı da ola bilər.

İkinci səbəb ondan ibarətdir ki, Rusiya və Ermənistan Azərbaycanın reallaşdırdığı enerji və nəqliyyat layihələrindən narahatdır. Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi də başa çatıb və bu dəmir yolu Gürcüstanda ermənilərin kompakt yaşadığı ərazidən də keçəcək. Bu layihələr Ermənistanı daha çox təcrid vəziyyətinə salır. Görünür, İrəvan və Moskva Sergey Minasyan və Gürcüstanda yaşayan ermənilər vasitəsilə bu layihələrə qarşı da fəallaşdırmaq istəyirlər”.

Analizdə qeyd olunur ki, Tiflis bu təxribatçı planların qarşısını aldı:

"İndi İrəvanın iki yolu var. Ermənistan hakimiyyəti Sergey Minasyanın namizədliyində israr edərsə, Gürcüstanla münasibətləri daha da gərginləşdirəcək, ya da İrəvan bir müddətdən sonra Minasyanı bir başqa namizədlə əvəz etmək məcburiyyətində qalacaq. Ancaq bu halda geri addım atan Ermənistan hakimiyyəti millətçi müxalifət tərəfindən ciddi etirazla üzləşəcək”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Türkiyəli tanınmış müğənni vəfat etdi - FOTO

Türk musiqisinin və səhnə sənətinin unudulmaz simalarından biri olan Rüçhan Çamay 94 yaşında dünyasını dəyişib.   Sfera.az Milli.Az-a istinadən ...

İlham Əliyev BMMT Baş Assambleyasının növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Assambleyasının üçüncü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb. &...

Ərdoğana yeni səlahiyyət verilir

Türkiyədə Xüsusi Qüvvələr Komandanlığına təyin olunan quru qoşunları və hərbi dəniz qüvvələrinin generallarının yaş həddi 67-yə qaldırılacaq.   Sfera...

“Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycanın I Liqa təmsilçisi “Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşib.   Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki...

Hava dəyişkənliyi psixoloji problemlərə yol aça bilər? - Psixoloqdan AÇIQLAMA

Son günlərdə hava şəraitinin dəyişkənliyi bəzi insanlar üçün xoş qarşılansa da, digərləri üçün mənfi təsir göstərir. Küləkli və ya yağışlı hava şəraiti istirahə...

Bu tarixdən İSTİLƏR DÜŞÜR - Yay havası olacaq

İyulun ikinci ongünlüyünə qədəm qoysaq da, əsl yay havası özünü hələ indi-indi göstərməyə başlayır. Paytaxt Bakı bu səhəri gözlənilməz yağış və sərinliklə qarşı...