Azərbaycan bu quruma üzv oldu – Prezidentin göstərişi

Azərbaycan bu quruma üzv oldu – Prezidentin göstərişi

Bu gün "Fairmont Hotel”də WBC prezidenti Maurisio Suleymaninin hesabat konfransı keçirilib.

Sfera.az xəbər verir ki, konfrans zamanı çıxış edən Maurisio Suleymani Azərbaycanın Dünya Boks Şurasına (WBC) üzv olduğunu deyib:

"Azərbaycan Dünya Boks Şurasına (WBC) üzv olub. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev xüsusi göstəriş verib. Azərbaycan bu il WBC peşəkar boks federasiyasının tərkibində 166-cı sırada yer alır. Gələcəkdə WBC inkişaf məqsədilə qadınlar arasında keçirilən peşəkar döyüşlərə daha çox üstünlük verəcək".

WBC prezidenti prezidentlə görüşündən təəssüratlarını bölüşüb:

"İlham Əliyev və rəsmi nümayəndələrlə görüşümüz oldu. Görüş bizim üçün çox gözəl yadda qaldı. Prezidentiniz böyük ürəkli və xarizmatik bir liderdir. Görüş zamanı idman sahəsində atılacaq yeni addımlar barədə müzakirələrimiz oldu".

Jurnalistlərin suallarını cavablandıran WBC prezidenti onu da qeyd edib ki, Almaniyada yaşayan azərbaycan əsilli Kristina Hamer çox gözəl tanınır:

"Gələcəkdə də Azərbaycanda peşəkar idmançılar və hakimlər üçün bir sıra seminarlar keçirmək fikrimiz var. Azərbaycanda peşəkar idmançılar və hakimlərdən ibarət qrup yaradılacaq. Ümid edirik ki, minimum 3 il ərzində Azərbaycanda dünya şöhrətli boksçularla müqayisə ediləcək peşəkar idmançılar yetişəcək".

Sfera.az


OXŞAR XƏBƏRLƏR