Ramil Quliyev Avropanın ən yaxşısı olacaq?

Ramil Quliyev Avropanın ən yaxşısı olacaq?

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Avropa Atletika Birliyi tərəfindən təşkil olunan "İlin avropalı atleti” mükafatı yarışında son 3 namizəd arasında göstərilib.

Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Avropa Atletika Birliyindən verilən məlumata görə, "İlin avropalı atleti” mükafatına namizədlərin sayı 10-dan 3-ə endirilib. Dünya Atletika Çempionatında qalib olan 27 yaşlı Ramil, fransız Kevin Mayer və alman Yohannes Vetter mükafata namizəd göstəriliblər.

Qeyd edək ki, mükafatın qalibləri oktyabrın 14-də Litvada keçiriləcək tədbirdə elan ediləcək.

Sfera.az


OXŞAR XƏBƏRLƏR