Ərdoğan: Bərzani ağlını başına yığmalıdır, yoxsa...

15:30 / 03.10.2017
1325
Türkiyənin ən böyük problemi davamlı olaraq daxildən zərbə almasıdır.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Suriya və İraqda olan problemlər Türkiyənin daxili məsələləridir. Heç kim bizə deyə bilməz ki, niyə buradakı böhranlara qarışırsınız. Bu iki ölkədə olanlar birbaşa bizim daxili işlərimizlə əlaqəlidir. Kürd Muxtariyyətində referendum keçirməklə kürəyimizə xəncər sancdılar. Hələ ki, müəyyən embarqolar tətbiq etməklə kifayətlənirik. Ümid edirik ki, Kürd Muxtariyyəti tezliklə ağlını başına yığacaq. Bu millətin nələr edə biləcəyini göstərmək bizim borcumuzdur. Bu, təhdid deyil, xəbərdarlıqdır”, - Ərdoğan bildirib.
Sfera.az