Azərbaycanda qadın qəza törədib: əri və qızı ölüb

Azərbaycanda qadın qəza törədib: əri və qızı ölüb

Daxili İşlər Nazirliyi dünən Şamaxıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, oktyabrın 2-də saat 9 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində Bakı şəhər sakini Gülnar Hüseynovanın və Ağsu rayon sakini İlqar İbrahimovun idarə etdikləri "Mersedes” markalı iki avtomobil toqquşub. Nəticədə G.Hüseynovanın sərnişinləri - əri Elman, qızı Nigar, habelə İ.İbrahimovun sərnişini - Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sfera.az


OXŞAR XƏBƏRLƏR