İlham Əliyev: Böhran hələ ki, davam edir, sonu görünmür

İlham Əliyev: Böhran hələ ki, davam edir, sonu görünmür

"Gələcəklə bağlı proqnoz verərkən nikbinlik üçün heç bir əsas yoxdur".

Bu gün dünyada yeni bir dövr yaşanır. Bunu televiziyadan və kütləvi informasiya vasitələrindən hər bir vətəndaş görür ki, həm bölgədə, həm dünyada inkişaf, əfsuslar olsun, müsbət istiqamətdə getmir. Yeni təhlükələr, təhdidlər, risklər, qarşıdurmalar, müharibələr yaranır. 

Sfera.az  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş mərasimdə bildirib.

Prezidentin sözlərinə görə, əfsuslar olsun ki, gələcəklə bağlı proqnoz verərkən nikbinlik üçün heç bir əsas yoxdur.

"Belə bir şəraitdə hər bir ölkə, əlbəttə, ilk növbədə daxili resurslara arxalanmalı, öz təhlükəsizliyini daha da böyük dərəcədə təmin etməli, dünyada yaşanan maliyyə və iqtisadi böhran zamanı öz iqtisadi modelində müəyyən düzəlişlər aparmalıdır.

Azərbaycan artıq neçə ildir ki, müstəqil siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil fəaliyyət göstərir. Bizim fəaliyyətimiz xalqın milli maraqları üzərində qurulubdur. Bu, bizim üçün əsas şərtdir, əsas vəzifədir və bütün səylərimiz bu məqsədə xidmət göstərir.

Əlbəttə, biz də dünyada, bölgədə gedən prosesləri izləyərək çalışmalıyıq ki, ölkəmiz üçün riskləri nə qədər mümkünsə minimum səviyyəsinə endirək və buna nail ola bilirik. Bu gün alovlanan bölgədə Azərbaycan sabitlik adasıdır, sülh, əmin-amanlıq məkanıdır.

Azərbaycan vətəndaşları əmin-amanlıq şəraitində yaşayırlar, yaradırlar. Əminəm ki, görülən və görüləcək tədbirlər nəticəsində bu müsbət dinamika, müsbət ab-hava Azərbaycanda daha da güclənəcək.

Eyni zamanda, bu gün dünyada yaşanan iqtisadi böhran hələ ki, davam edir, sonu görünmür. Belə olan halda biz iqtisadi sahədə daha da ciddi islahatlar aparmalıyıq", - deyə, prezident qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Qəbələdə evə silahlı hücum oldu - YENİLƏNDİ

Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.   Qəbələ rayon prokurorluğundan Sfera.az-a verilən məlu...

"Klublara can yandıran yoxdur, futbolu dövlət nəzarətə götürsün" - Razi Nurullayev

Deputat Razi Nurullayev son günlər müzakirə obyektinə çevrilən Azərbaycan futbolunun uğursuz nəticələri ilə bağlı fikirlərini bölüşüb.   Sfera.az-ın&...

COP29 müddətində metronun hərəkət intervalında dəyişikliklər olacaq

COP29 müddətində Bakı metrosunun hərəkət intervalında müəyyən dəyişikliklər olacaq.   Sfera.az xəbər verir ki, bunu COP29 Nəqliyyat Departamentinin r...

"Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır" - İran XİN başçısı

Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xaric...

"Barselona" klubu fırıldaqçının "qurban"ı oldu

İspaniyanın "Barselona" klubu fırıldaqçının "qurban"ı olub.   Sfera.az xəbər verir ki, bu barədə "Cadena Cer" məlumat y...

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq - RƏSMİ

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.   Sfera.az APA-ya istinadə...