DİN-dən uğurlu əməliyyat: oğurluq edənlər...

DİN-dən uğurlu əməliyyat: oğurluq edənlər...

Əhalini su və enerji ilə təmin edən qurğuların və avadanlıqların sökülərək oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis orqanları tərəfindən Binəqədi rayonu ərazisində uğurlu əməliyyat tədbiri keçirilib.

DİN-dən Sfera.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki çoxmərtəbəli yaşayış binalarından birinin zirzəmisindən su ventillərini oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılaraq Polis Bölməsinə gətirilib.

Araşdırmalarla onun Ağstafa rayon sakini Xəyal Rəfiyev olması məlum olub. Onun digər bir nəfərlə birlikdə rayonun M.Cəlal küçəsindəki çoxmərtəbəli yaşayış binalarından 9-nun zirzəmilərindən ümumilikdə, 42 ədəd istilik sistemlərinin diyircəklərini (ventilləri) oğurladıqları müəyyən edilib. Davam etdirilən tədbirlərlə digər şəxs - Ağdaş rayon sakini Yasər Bayramovun da yeri müəyyənləşdirilərək tutulub.

Saxlanılan şəxslər oğurluğu əlvan metal əldə edib satmaq niyyəti ilə etdiklərini və həmin ventilləri Yasamal rayonu ərazisindəki metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər. Polis əməkdaşları tərəfindən maddi sübutlar metal qəbulu məntəqəsindən aşkar edilərək götürülüb.

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...