Türkiyə XİN-dən Bakıya xəyanət edənlərlə bağlı - Açıqlama

10:00 / 30.09.2017
831
Türkiyə vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ankaranın rəsmi siyasətini əks etdirmir.
Bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Müftüoğlu deyib.
"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdə davam edəcək", - deyə H.Müftüoğlu bildirib.
O, Türkiyənin Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün azərbaycanlı qardaşları ilə birgə çalışdığını əlavə edib.
Sfera.az