Rusiyada dollar qıtlığı niyə yaranır? - Ekspert

Rusiyada dollar qıtlığı niyə yaranır? - Ekspert

Rusiya ilə Qərb arasındakı soyuq münasibətlər Rusiya vətəndaşlarının dollara olan təbatının artmasına və banklarda dollar qıtlığının yaranmasına səbəb olub.

Sfera.az xəbər verir ki, bu sözləri Rusiya banklarındakı dollar qıtlığının səbəblərini şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, beynəlxalq şirkətlər dolların, bu ilin sonu və gələn ilin əvvəlindən etibarən bahalaşacağını və rus rublunun dəyərdən düşəcəyini ehtimal edirlər. Ekspertin sözlərinə görə, hökumət bunun qarşısını almaq istiqamətində bir sıra tədbirlər də görür:

"Rusiya Maliyyə Nazirliyi uzun zamandır ki, dollar alğı-satqısını birjalar vasitəsilə həyata keçirir. Yəni birjalara müdaxilə edərək, alış-satış prosesini tənzimləmə alətlərindən istifadə edir. Bununla da onlar dolların daha çox bahalaşmasına imkan vermirlər. İndisə bəyan ediblər ki, gələn ildən etibarən bu vasitələrdən istifadə etməyəcəklər. Yəni Maliyyə Nazirliyi daha çox bazarın reaksiyasına uyğun olaraq addım atacaq. Bu da əhalidə "Maliyyə Nazirliyinin müdaxiləsi olmayacaqsa, o zaman dolların bahalaşması ehtimalı yüksəkdir”fikrinin formalaşmasına səbəb olur”.

Ekspert dollara tələbatın həm də siyasi və psixoloji səbəblərlə bağlı olduğunu bildirib:

"Uzun zamandır ehtimal olunurdu ki, Rusiya ilə Qərb arasında baş verən soyuq münasibətlər bir müddət sonra düzələcək. 2017-ci il üçün böyük gözləntilər var idi. Həm ABŞ-dakı prezident seçkilərindən, həm də Avropada bəzi siyasətçilərin və siyasi qrupların önə çıxmasından sonra belə bir ehtimal formalaşmışdı. Son proseslər isə onu göstərir ki, həm Avropa Birliyi ölkələri, həm də ABŞ Rusiyaya qarşı daha ciddi sanksiyaların tətbiq olunmasına və bu sanksiyaların daha da genişləndirilməsinə başlayıb. Bu da bütün ümidləri sonlandırdı. Münasibətlərin belə olması dollara tələbatın artmasına səbəb olan psixoloji amillərdən biri idi.

Digər bir məsələ isə neftlə bağlıdır. Çünki Rusiya neftdən asılı olan ölkədir. Bu yaxınlarda Rusiya Mərkəzi Bankı Energetika Nazirliyinə çox maraqlı araşdırma təqdim edib, gözləntilərini açıqlamışdı. Bu açıqlamalar, neftin yaxın iki ildə ortalama qiymətləri ilə bağlı ehtimallardan ibarət idi. Bu psixoloji amillər vətəndaşları rublla olan vəsaitlərini dollara çevirməyə vadar edir”.

Azər Əliyev 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...

Rusiya iyul ayında bu əraziləri ələ keçirib

ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya 2025-ci ilin iyun ayında Ukraynada 588 kvadratkilometrlik əraziyə nəzarəti ələ keçirib....

Bu kokteyllər risklidir? - AÇIQLAMA

Yay aylarında havaların həddindən artıq isti keçməsi ilə əlaqədar insanlar sərinlədici içkilərə daha çox üstünlük verirlər. Xüsusilə də küçələrdə, yol kənarları...