Avtobus cərimə meydançasına aparıldı, sərnişinlər yolda qaldı (VİDEO)
Cəmiyyət
20:47 / 28.09.2017
1705
Son günlər ölkədə avtobus sürücüləri ilə bağlı narazılıqlar, eləcə də onların iştirakı ilə insidentlərin sayı artmaqdadır.
Sfera.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu gün də 67 saylı avtobusda belə hal yaşanıb. Belə ki, Dövlət Yol Polisi (DYP) əməkdaşları yoxlama zamanı avtobusun sürücüsünün sürücülük vəsiqəsi olmadığını müəyyənləşdiriblər. Nəticədə, avtobus cərimə meydançasına aparılıb.
Hadisənin qurbanı isə yenə də sərnişinlər olublar. Onlar yağışlı havada yolda qalıblar.
Sfera.az