Ərdoğan: Türkiyəyə qarşı planlanan bu oyunlar…

Ərdoğan: Türkiyəyə qarşı planlanan bu oyunlar…

Ölkəmizə qarşı planlanan oyunları poza-poza bu günlərə gəlib çatmışıq.

Bunu Polis Akademiyası məzunları qarşısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

"Suriya və İraqda yaşanan hadisələri Türkiyədən ayrı görmürük. Mütəmadi olaraq yeni ssenarilər hazırlanır. Belə dəyişkən zəmində biz öz hədəflərimizə bağlı qalaraq fərqli bir yol tuturuq. Bu dövr ərzində maraqlarımızın 100% üst-üstə gəldiyi heç bir qüvvə yoxdur. Mütləq haradasa fikirlərimiz üst-üstə düşmür və hətta qarşı-qarşıya da gəlirik”, – deyə o bildirib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR