“Roma”nı təsadüflər xilas etdi - Millət vəkili

“Roma”nı təsadüflər xilas etdi - Millət vəkili

Bakı Olimpiya Stadionunda "Qarabağ” – "Roma” futbol oyununa baxdım. Komandamızın oyununu bəyəndim. İlk 20 dəqiqədə komandamız güclü komanda qəbul etdiyinin psixoloji təsiri altında idi. Məhz həmin təsir "Çelsi” ilə oyunda bizə ciddi mane olmuşdu.

Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə "Qarabağ”-"Roma” oyunu ilə bağlı yazıb. O, "Qarabağ”ın yaxşı oyun nümayiş etdirdiyini bildirib:

"Bu oyunda isə "Qarabağ” tezliklə təşəbbüsü ələ aldı və axıracan oyun bizim diktəmizlə keçdi. Bu oyunda futbolçularımız artıq psixoloji baryeri dağıtdılar və qələbə üçün mübarizə aparmağa başladılar. Ancaq təsadüflər "Roma”nın qapısını növbəti toplardan xilas etdi. Bu yeni əhval-ruhiyyə münasibəti ilə milli futbolumuzun azarkeşlərini təbrik edirəm”.

Qeyd edək ki, dünən "Qarabağ” İtaliya nəhəngi "Roma” ilə Çempionlar Liqasının qrup mərhələsində ilk ev oyununu keçirib. "Qarabağ” ilk dəfə iştirak etdiyi Çempionlar Liqasının qrup mərhələsində ilk qolunu vurub. Oyun 2:1 "Roma”nın qələbəsiylə başa çatıb.

Çinarə Məmmədova

Sfera.az


OXŞAR XƏBƏRLƏR