Sabah bəzi rayonlarda qaz olmayacaq

Sabah bəzi rayonlarda qaz olmayacaq

“Azəriqaz” məlumat yaydı.

Sabah Abşeron, Hacıqabul, Astara və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Bu barədə “Azəriqaz” İB-dən bildirilib. 

“Azəriqaz” dan verilən məlumata görə, noyabrın 11-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Mərdəkan bağları'' və “Qanlı göl”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Hacıqabul-2”, “Hacıqabul-1” və “Qarasu”, Astara magistral qaz kəmərləri sahəsinin “Lerik” və “Masallı”, eləcə də Ağdaş magistral qaz kəmərləri sahəsinin “Qəbələ”, “Əliabad” və ''Cəfərabad'' qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Qurumdan verilən məlumata görə, təmir müddətində Hacıqabul rayonunun Qarasu və Abdulabad, Masallı rayonunun Qızılavar, Kəriblər və Ərkivan, Qəbələ rayonunun Soltanmuxa, Savalan və Hacıəli, Zaqatala rayonunun Əliabad kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

“Aparılan işlərin Bakı şəhəri Yasamal rayonunun, Xəzər rayonunun Mərdəkan qəsəbəsinin, eyni zamanda Hacıqabul, Şirvan, Lerik və Şəki rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür”, - deyə qurumdan bildirilib. 


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Xarici İşlər Nazirliyi 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   Sfera.azxəbər verir ki, Türkiyə XİN-in “X&rdquo...

Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi COP29 tədbirinə hazırlıq məqsədi ilə bağlanacaq yollarla bağlı sürücülərə müraciət edib.   Bu barədə Sfera.az-a ...

Hacıqabulda 3 otaqlı ev YANDI

Hacıqabulda 3 otaqlı ev yanıb.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, rayonunun Qubalı Ba...

Məhkəmədən Ruben Vardanyan barədə YENİ QƏRAR

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar ...

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...