UEFA Bəhramın yerinə Zabiti seçib
İdman
16:22 / 27.09.2017
1503
UEFA Çempionlar Liqasında çıxış edən komandalarının ulduz fanatları siyahısında dəyişiklik edib.
Bununla bağlı hazırlanmış yazıda "Qarabağ"ın yeni ulduz fanatı kimi Zabit Səmədov göstərilib.
Məqalədə bildirilir ki, Azərbaycanın ən güclü kikboksçularından olan Səmədov Ağdam komandasının azarkeşidir. O, hələ qrup mərhələsindən əvvəl klubu şəxsi "İnstagram"ında bu sözlərlə dəstəkləyib: "Biz sizin üçün dua edəcəyik, uşaqlar. Sən mənim qəhrəmanımsan. Allah səninlədir. Sən ən güclüsən".
Qeyd edək ki, Zabit Səmədov ulduz fanat kimi Bəhram Bağırzadəni əvəzləyib. (report)
Sfera.az