Sehrbazların fırıldaqları haqda - Videofaktlar

Sehrbazların fırıldaqları haqda -  Videofaktlar

Yaşından, kimliyindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin marağına səbəb olan bir sənət sahibləri var: sehrbazlar. Onların göstərdiyi şouların arxasında hansısa bir hiylənin dayandığını anlasaq da, hər dəfə marağımızı gizlədə bilmirik.

Sfera.az qafqazinfo.az a istinadən bildirir ki bir neçə məşhur nömrənin sirrini öyrənməklə artıq siz də bu sənət sahiblərinə meydan oxuya bilərsiniz.

Adamı ikiyə bölmək

Çox zaman sehirbazların final çıxışı olan bu nömrə izləyicilərin böyük marağına səbəb ola bilir. Şousunda qadını mişarla yarıya bölən sehrbaz izləyicilərin inamını bir az da artırmaq üçün kəsilmiş bədən hissələrini səhnədə gəzdirir. Bizi heyrətləndirən bu şouda sehrbazlar çox vaxt 2 nəfərdən istifadə edirlər. Belə ki, eyni geyimdə olan qadınlardan biri ayaqlarını, digəri isə bədənini qutuda gizlədir.