Neftin qiyməti gələcəkdə... - \"SOCAR Trading\"

Neftin qiyməti gələcəkdə... - \

Qlobal neft bazarı üçün 40-60 dollar/barel qiyməti hazırkı bazarın reallığıdır.

Bunu "SOCAR Trading” şirkətinin baş icraçı direktoru Arzu Əzimov deyib.

A.Əzimov dünya bazarında xam neftin qiymətinin qalxması ilə bağlı məsələyə də toxunub: "Bu koridor uzun müddət davam edəcək”.

"Trafigura Group”un eksperti Ben Lakok (Ben Luckock) da qarşıdakı bir neçə ildə neft qiymətlərinin 40-60 dollar/barel arasında dəyişəcəyini qeyd edib.

"Vitol” şirkətinin rəhbəri Kristofer Beyk (Christopher Bake) də "FT”-yə açıqlamasında real bazar şəraitində neftin hər barelinin 40-60 dollar aralığında satılacağını proqnozlaşdırır.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu (IMF) da dünya bazarında neftin qiymətinin qarşıdakı iki ildə 50-60 dollar/barel civarında dəyəşəcəyini proqnozlaşdırmışdır. (report)

Sfera.az


OXŞAR XƏBƏRLƏR