Ərdoğan Bərzaniyə səsləndi: “Gecənin birində qəfil gələ bilərik”

Ərdoğan Bərzaniyə səsləndi: “Gecənin birində qəfil gələ bilərik”
 Türkiyə və İrandan gələn təzyiqlər və atılan addımlara baxmayaraq, İraq Kürdüstan Regional Hökuməti (İKRH) bu gün müstəqillik üzrə referendumu keçirib.
Buna cavab olaraq Türkiyə bu həftə görəcəyi yeni tədbirləri təqdim etməyi planlaşdırır. İran isə artıq İKRH ilə sərhədini bağlayıb.
Prezident Recep Tayyip Ərdoğan referendumu sərt sözlərlə tənqid edərək, bununla bağlı lazımi tədbirlərin bu həftə içində bəyan ediləcəyini deyib.
Ərdoğan İstanbuldakı çıxışında bildirib: "Sərhəddə bu an sadəcə İraq tərəfinə keçidə icazə var. Bu həftə içərisində digər tədbirləri də bəyan edəcəyik. Və o addımlar da atılacaq. Və artıq giriş-çıxış, bunlar da bağlanacaq. Müxtəlif tədbirlərimiz var. Onları da ayrıca icra edəcəyik. Və bütün bunlarla birlikdə, Şimal İraq Regional Hökuməti görək, neftini hansı kanallarla haraya axıdıb və ya satacaq. Kran bizdədir. Kranı bağladığımız anda o iş də bitdi. Dövləti idarə edən bütün bunları nəzərə almalıdır.”
Türkiyə prezidenti siyasi, iqtisadi, ticarət və təhlükəsizlik sahələrində lazımi addımların atıldığını və heç bir şəkildə güzəşt edilməyəcəyini bildirib. "Gecənin birində qəfil gələ bilərik”-Ərdoğan hərbi müdaxilənin də nəzərdən keçirildiyinə eyhamla deyib.

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...