Azərbaycan millisi Almaniyanı udub, 1/4 finala çıxdı

Azərbaycan millisi Almaniyanı udub, 1/4 finala çıxdı
Qadın voleybolçular arasında Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. "Qaynarinfo" xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması III turda Almaniyanı sınağa çəkib.

Bakıda keçirilən yarışın ilk 2 turunda set vermədən qalib gələn Faiq Qarayevin yetirmələrinin bu dəfə də qalib gəlsə də, eyni uğuru təkrarlaya bilməyib. Komandamız Almaniyanı 3:1 hesabı ilə məğlub edərək məğlub olmadan 1/4 finala adlayıb.

Polşa və Almaniya "pley-off"a vəsiqə qazanıb. Almanlar bu mərhələdə Bolqarıstanı sınağa çəkəcək. Cütün qalibi 1/4 finalda millimizə rəqib olacaq. Polşanın "pley-off"dakı rəqibi isə bu gün keçiriləcək Türkiyə - Ukrayna matçında müəyyənləşəcək.

Qeyd edək ki, "pley-off" mərhələsinin oyunları 26-27 sentyabr, 1/4 finalın görüşləri 28-29 sentyabr tarixlərində baş tutacaq.

AVRO-2017

Qrup mərhələsi

A qrupu, III tur

25 sentyabr

Almaniya - Azərbaycan 1:3 (25:19, 19:25, 18:25, 18:25)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova.

Baş məşqçi: Faiq Qarayev

Almaniya: 1. Lenka Dürr, 2. İrina Kemmisi, 3. Deniz Hanke, 4. Maren Fromm, 5. Yana-Fransiska Poll, 6. Cennifer Qirties, 7. Cennifer Pettke, 10. Lena Stiqrot, 11. Luiza Lippmann, 14. Mari Şoeltsel, 17. Anna Poqani, 19. Tanya Qrosser, 20. Leoni Şvertmann, 22. Liza Qründinq.

Baş məşqçi: Feliks Kozlovski.

Hakimlər: Stefan Takayçvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya)

Qaynarinfo


OXŞAR XƏBƏRLƏR