Ərdoğan Putinə zəng etdi: “Kürd dövləti” ilə bağlı razılıq
Dünya
16:47 / 25.09.2017
1355
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları aparıb.
Tərəflər İraq Kürd Muxtariyyətində keçirilən referendumla bağlı danışaraq, İraq və Suriyanın dövlət bütövlüyünü dəstəklədiklərini vurğulayıblar.
İki lider sentyabrın 28-də baş tutacaq görüşdə son olayları və ümumi məsələləri müzakirə etmək barədə razılaşıblar.
Sfera.az