Bakının sürüşmə sahələrində vəziyyət gərginləşib

Bakının sürüşmə sahələrində vəziyyət gərginləşib

Son günlər yağan leysan yağışları ilə əlaqədar Bakı və Abşeron rayonlarındakı sürüşmə sahələrində vəziyyət gərginləşib, yeni sürüşmə ocaqları yaranıb.

Sfera.az-ın ans press-ə istinadən məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, sürüşmə müşahidə olunan ərazilər Zığ 1, Zığ 2, Əhmədli 1, Əhmədli 2, Masazır, Qaraçuxur, Əhmədli-Günəşli sahələridir:

“Bu ərazilərdə aktivlik dinamikası müşahidə olunub. Sürüşmə səthində baş vermiş çatlarda müəyyən qədər genişlənmə qeydə alınıb. Əsasən, 40-50 mm enində olan bu çatlar o qədər də qorxulu deyil. Avtovağzal hissəsində olan çatlarda isə bərkitmə-bərpa işləri aparıldığına görə, dinamika müşahidə olunub. Burada çatlar 60 mm təşkil edir”, - deyə baş geoloq bildirdi.

Ələmdar Piriyevdən aldığımız məlumata görə, Bayıl və Badamdar ərazilərində isə aktiv sürüşmə zonaları sabit vəziyyətdədir, orada çatlarda genişlənməyə rast gəlinməyib. Çatların geniş olduğu və vətəndaşlara qorxu yaradacaq hissələrdən insanlar təxliyə olunur, dövlət evləri tamamilə yararsız vəziyyətə düşənləri evlərlə də təmin edir.

Ekspert, eyni zamanda, rayonlarda da sürüşmə ocaqları yarandığını deyib.

Onun sözlərinə görə, sel sularının təsiri nəticəsində Lənkəran-Astara zonasında vəziyyət gərginləşib: "Ətraf əraziləri su basdığından əməkdaşlar sürüşmə ocaqlarında da tədqiqat işi apara bilməyiblər".

Ə.Piriyev bildirib ki, Lənkəran rayonunda sürüşmə sahələrinin əhatə dairəsi daha geniş olub. Rayonunun Gərgivan kəndi ərazisində 20 yerdə, Biləsər kəndində 2 yerdə, Osaküçə kəndində 1 yerdə, Bəliton kəndində 5-6 yerdə, Horavenç kəndində 1 yerdə, Girdəni kəndinin çay dərəsində 4-5 yerdə, Köhnəqəqir kəndində 2 yerdə yeni sürüşmə sahələri yaranıb. Nəticədə bır çox evlərə ziyan dəyib.

Noyabrın 7-dən 10-dək yağan yağışlar Azərbaycanın bir çox ərazilərini yararsız vəziyyətə salıb. Bundan sonra da normadan artıq yağış yağsa, həmin ərazilərdə çatlar genişlənə bilər.


OXŞAR XƏBƏRLƏR

Məhkəmədən Ruben Vardanyan barədə YENİ QƏRAR

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar ...

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...