Kişi birgə yaşadığı qadın və övladları tərəfindən döyülüb
09:19 / 23.09.2017
1121
Bakının Sabunçu rayonunda kişi qeyri-rəsmi münasibətdə olduğu qadın və onun övladları tərəfindən döyülüb.
Balaxanı qəsəbəsində 59 yaşlı Bünyadov Mühətdin Məmməd oğlu qeyri-rəsmi münasibətdə olduğu Rəsmiyyə adlı qadınla elə onun evində dava edib.
Nəticədə M.Bünyadov qadının özü və övladları tərəfindən hücuma məruz qalıb. O, döyülərək xəsarət alıb. Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Rəsmiyyə adlı qadın isə (soyadı məlum deyil) Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinə gələrək M.Bünyadovu özü döydüyünü bildirib.
Polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır. (report)
Sfera.az