İcra Hakimiyyətinin maşını qəzaya düşdü: yaralı var
Hadisə
11:11 / 22.09.2017
1237
Mingəçevir şəhərində bir qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə 20 yanvar küçəsinin Heydər Əliyev prospekti ilə kəsişmə nöqtəsinə yaxın ərazisində qeydə alınıb.
Belə ki, "Mersedes” və "Mitsubişi” markalı avtomobillər toqquşub. Qəza nəticəsində "Mitsubişi”də olan mingəçevirli qadın Ağayeva Diliş Mehman qızı ağır xəsarət alıb. Yaralı taksi ilə şəhər xəstəxanasına çatdırılıb.
Məlumata görə, qəza törədən 66 AA 155 dövlət qeydiyyat nişanlı "Mersedes” Yevlax rayon İcra Hakimiyyətinə məxsus xidməti avtomobildir.
Hadisə ilə bağlı araşdırma aparılır. (report)
Sfera.az