"Bu, bir sıra anti-Azərbaycan qüvvələrə və ermənilərə bir mesajdır" - Arzu Nağıyev

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə səfərə gediblər.
Prezident İlham Əliyevin ABŞ səfərini Sfera.az-a şərh edən politoloq Arzu Nağıyev düşünür ki, bir daha Azərbaycan -İsrail münasibətlərinin ən yüksək səviyyədə olmasını göstərir:
"Hətta Sessiya vaxtı İsrailin baş naziri cənab Natanyahunun iki dövlət arasındakı münasibəti misal gətirməsi bunu bir daha təsdiq edir. Eyni zamanda bu bir sıra anti-Azərbaycan qüvvələrə və ermənilərə bir mesajdır. Məlumdur ki, Azərbaycanla İsrail arasında müsbət dinamikalı inkişafa malik hərbi, siyasi, iqtisadi və mədəni əlaqələr mövcuddur və bu davam edəcəkdir”.
Gülnarə Eynullaqızı
Sfera.az