Yapon nazir qadın alt paltarını oğurlamaqda ittiham edilir

Yapon nazir qadın alt paltarını oğurlamaqda ittiham edilir

Onu seçkilərlə bağlı qanunu pozmaqda da ittiham edirlər.

Yaponiya parlamentinin deputatları təbii fəlakətlərdən sonra bərpa işləri üzrə nazir Tsuesi Takaqidən onun ittiham edildiyi qadın alt paltarları oğurluğunu izah etməyi xahiş ediblər, JapanToday məlumat yayıb.

Sfera.az Lenta-ya istinadən xəbər verir ki, məmur ittihama çərşənbə günü noyabrın 11-də Yaponiya parlamentinin yuxarı palatasının Büdcə komitəsinin açıq iclasında çıxış edərkən cavab verib.  

Portal qeyd edir ki, 2011-ci ildə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasına cavabdeh olan nazirlikdə bu ilin oktyabrında rəhbər vəzifəni tutan kimi Taqaki qalmaqalın mərkəzində olub.

Bundan başqa, onu seçkilərlə bağlı qanunu pozmaqda da ittiham edirlər, yerli həftəlik qəzetlərdən biri məmuru 30 il bundan öncə gənc qadının evinə girərək onun alt paltarını oğurladığını yazıb.

Məqalədə gənc Taqakinin polis tərəfindən dindirildiyi, amma onun cəzadan yaxa qurtarmağa nail olduğu yazılıb, The Japan Times qeyd edib.

Televiziya vasitəsilə yayımlanan iclasın gedişatında nazirə qarşı irəli sürülən ittihamlarla əlaqəli sualı Taqakinin bölməsinə rəhbərlik etdiyi Liberal Demokratik partiya ilə rəqabət aparan Yaponiyanın Demokratik partiyasının nümayəndələrindən biri qaldırıb. Deputat nazirdən qarət haqqında informasiyanı şərh etməyi xahiş edib.

Taqaki bütün ittihamları təkzib edib. O, komitəyə belə bir şeyin olmadığını deyib.

“Belə şayiələr hər zaman seçkilərdən öncə meydana çıxır, amma bilmirəm nəyə görə”, - müzakirədən yayınaraq əlavə edib.

Nazir həmçinin LDP seçicilərindən birinin dəfnində etdiyi xeyriyyə işini də izah edib. Bu qəbildən olan hərəkətlər qanun tərəfindən rüşvət kimi qiymətləndirilir.

Taqakinin sözlərinə görə, xeyriyyəçiliyi şəxsi vəsaitindən edib, məlumat partiyanın bölməsinin hesabatına səhvən düşüb.


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Azərbaycanda yaşayış binasında partlayış: ölən xəsarət alanlar var

Gəncədə binada partlayış baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.   5 mərtəbəli yaşayış binasında b...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...