"Qarabağ"ın oyununun vaxtı açıqlandı
İdman
19:46 / 19.09.2017
1521
Topaz Premyer Liqasında 6-cı turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu turda keçiriləcək "Sumqayıt" - "Qarabağ" oyunu sentyabrın 22-də "Kapital Bank Arena"da baş tutacaq və 19:00-da start götürəcək.
Sfera.az bildirir ki, qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə sentyabrın 23-də eyni məkanda keçiriləcək və saat 16:30-da başlanacaq.