İraq məhkəməsi referendumu qadağan etdi

İraq məhkəməsi referendumu qadağan etdi
 İraq federal məhkəməsi İraq Kürd Muxtariyyətinin 25 sentyabrda keçirməyi planlaşdırdığı referendum barədə qərar qəbul edib.

Sfera.az-ın məlumatına görə, məhkəmədən verilən açıqlamada deyilir ki, referendumu dayandırmaq barədə gələn tələblər araşdırılıb və bu barədə qərar qəbul edilib. Referendumun konstitusiya əleyhinə olub-olmaması barədə məhkəmədə qərar verənə qədər referendum dayandırılıb. 

Prezident Heydər Əl İbadi rəsmi olaraq referendumun dayandırılmasını tələb edib. 

OXŞAR XƏBƏRLƏR