Azərbaycanlı nazirdən ŞOK ADDIM: İrəvanda "soyqırımı abidəsi"nə BAŞ ƏYDİ, sonra... - FOTO

Azərbaycanlı nazirdən ŞOK ADDIM: İrəvanda
 

Kanadanın elm naziri Reza Moridi İrəvana gedərək, qondarma "erməni soyqırımı" abidəsinin önündə baş əyib.

R.Moridi "soyqırımı abidəsi"ni ziyarət edərkən, bundan böyük zövq aldığını dilə gətirib.

"23 avqustda Ermənistanda "erməni soyqırımı muzeyi"ni ziyarət etdim. Bir əsr öncə erməni xalqının "faciəvi itkisi"ni anmaqdan böyük qürur duydum. Bundan başqa, "anma kitabı"nı imzalamaq qürurunu da yaşadım", - o bildirib.

Bu sözlərin müəllifi Cənubi Azərbaycanın Urmiya vilayətində doğulub, əslən azərbaycanlı olduğunu gizlətmir. Kanadada Ontario əyalətinin parlamentinə üzv seçilməsində həmin əyalətdə yaşayan türklər və azərbaycanlıların səsi böyük rol oynayıb. Dəfələrlə Bakıda səfərdə olub. Azərbaycanın təhsil naziri tərəfindən yüksək səviyyədə qəbul olunub, Bakı Dövlət Universitetinin fəxri diplomunu alıb, eləcə də Odlar Yurdu Universitetinin fəxri doktoru adına layiq görülüb. Onun sosial şəbəkə hesabında Bakıda çəkdirdiyi çoxsaylı fotoları və Azərbaycana aid fikirləri yer alır. (//www.facebook.com/rmoridi/?fref=ts&hc_location=ufi).

 

Azərbaycanın azərbaycanlı olan Reza Moridiyə dəstək verməsi lobbiçilik siyasəti baxımından əhəmiyyətli addımdır. Lakin Moridinin İrəvanda "erməni soyqırımı"nın qarşısında boyununu bükməsi "günah kimdədir?" sualını ön plana çıxarır: Əsas günahkar, təbii ki, Moridinin özüdür. Yəni azərbaycanlı qanına məxsus bir şəxsin rəsmi Bakının ciddi dəstəyinə rəğmən, ermənilərin önündə baş əyməsi onun ən yaxşı halda stabil əqidəyə sahib olmadığını göstərir.

Amma Azərbaycanın seçimində yanlış olduğu faktoru da unudulmamalıdır. Belə demək mümkünsə, "Kabalye sindromu" hələ də davam edir və lobbiçilik siyasətimizdə yanlış "ata oynayırıq"./publika.az


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...