Bakıda baş həkimin oğlu qəza törətdi: ölən var
15:29 / 18.09.2017
1623
Bakıda Baş həkimin oğlu piyadanı vuraraq öldürüb.
Hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Teymur Əliyev küçəsində 10 ST 908 dövlət qeydiyyat nişanlı "Leksus" markalı avtomobili idarə edən Mehdizadə Toğrul Nizami oğlu yolu keçən 1986-ci il təvəllüdlü Ağayev Ramin Ramiz oğlunu vurub. Nəticədə piyada ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb və sürücü saxlanılıb.
Qeyd edək ki, hadisəni törədən T.Mehdizadə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Nizami Mehdizadənin oğludur. N.Mehdizadə baş həkim vəzifəsinə bu ilin iyun ayında təyin edilib. (report)
Sfera.az