Neft bahalaşması davam edə bilərmi? - Ekspert

Neft bahalaşması davam edə bilərmi? - Ekspert

"Brent” markalı neftin bir bareli dünya bazarında 55 dollardan baha satılır.

Sfera.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov neftin bahalaşma səbəbləri barədə qeyd edib. Onun sözlərinə görə, neftin bahalaşması gündəlik qlobal hasilatın ötən ay 720 min barrel azalaraq 97.7 milyon barrelə düşməsi və Harvi qasırğası nəticəsində ABŞ-da istehsalın azalması ilə bağlıdır:

"Dolların aparıcı valyutalara nisbətən dəyərsizləşməsi də neftin qiymətinin yüksəlməsinə təsir edən faktorlardan hesab edilir. Qlobal hasilatın azalması daha çox Liviyadakı sosial narazılıq ilə bağlı olsa da, OPEK-in də hasilatın azaltması siyasətini davam etdirməsi müşahidə edilməkdir. Belə ki, OPEK avqust ayında əvvəlki ayla müqayisədə gündəlik hasilatı 30.113 milyon barreldən 30.004 milyon bareldək azaldıb və təşkilat hasilatın azaldılması ilə bağlı gələn ilin martında müddəti bitəcək anlaşmanın zamanını uzatmaq üçün artıq indidən danışıqlara başlayıb”.

V.Bayramov qeyd edib ki, bununla belə, hələlik neftin dünya bazarında kəskin qiymət artımı proqnozlaşdırılmır:

"Hazırda ABŞ-da qasırğanın ziyan vurduğu quyularda neft hasilatı yenidən bərpa edilir. Həftə ərzində Birləşmiş Ştatların əvvəlki hasilatı bərpa edəcəyi gözlənilir. Bu isə o deməkdir ki, son həftələr yüksələn neftin dünya bazar qiymətinin yenidən aşağı düşəcəyi daha çox ehtimal olunandır. Neftin bir barrelinin qiymətinin 50 dollar intervalında dəyişməsinin OPEK üçün də məqbul olduğunu nəzərə alsaq, şirkətlər indi kəskin qiymət artımları deyil, mövcud qiymət səviyyəsini qorumaqda daha maraqlıdırlar”.

Çinarə Məmmədova

Sfea.az


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...