Daha bir məmur oğlu çılpaq qızlarla – FOTO

Daha bir məmur oğlu çılpaq qızlarla –  FOTO

Şəhriyar Hüseynovun bir gecədə 3-4 min manat hesab verdiyi bildirilir

Az öncə Facebookda Masallı rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynovun oğlu Şəhriyar Hüseynovun fotosu yayılıb. «İnfo Masallı» adlı səhifənin yaydığı fotoda icra başçısının oğlunun keyf məclisi əksini tapıb.

Azerinfo.az xəbər verir ki, Şəhriyar Hüseynovun fotosu çəkilən məkan gecə klubudur və orada çılpaq qadınlar rəqs edir. Səhifə isə yazır ki, Şəhriyar Hüseynov Bakı şəhərinin ən bahılı gecə klublarının hörmətli qonaqlarından hesab olunur. «Bir gecədə 3-4 min manat hesab verən, gecə klubuna ən azı yanında 5-6 qızla gedən Şəhriyar bəy, görəsən, haradan qazanır bu qədər pulu? Bizə çox maraqlıdır».

Xatırdadaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə müşavirələrdə bəyan edib ki, məmurlar özlərinə və övladlarına çəki-düzən verməlidirlər. Dövlət başçısı bəyan edib ki, övladları harınlıq edən, camaatı incidən və özbaşınalıqlarla məşğul olan məmurları ağır şəkildə cəzalandıracaq. Qeyd edək ki, indiyə qədər prezident bir neçə məmuru övladlarının hərəkətinə görə işdən azad edərək, cəzalandırıb.

Bildirilir ki, Rafil Hüseynovun oğlu ilə bağlı məlumatlar hələ xeyli əvvəl də yayılmışdı. Mətbuatda yayılmış həmin xəbərlərdə iddia olunurdu ki, Masallının icra başçısının oğlu Şəhriyar Hüseynov rayonda bir neçə il əvvəl avtomobil qəzası törədərək, 4 nəfərin ölümünə səbəb olub. Lakin həmin hadisə dərhal gizlədilib və qəza ilə bağlı məsuliyyət isə başqalarının üzərinə qoyulub.


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Azərbaycanda yaşayış binasında partlayış: ölən xəsarət alanlar var

Gəncədə binada partlayış baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.   5 mərtəbəli yaşayış binasında b...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...