Tillersonla Lavrovun qapalı görüşü - Zaxarova

Tillersonla Lavrovun qapalı görüşü - Zaxarova

Rusiya XİN rəhbəri Sergey Lavrovla ABŞ Dövlət katibi Reks Tillerson arasında Nyu Yorkda görüş baş tutub.

Rusiya XİN sözçüsü Mariya Zaxarova 45 dəqiqə davam edən görüşdə Minsk razılaşmasının reallaşması və Suriya məsələsinin müzakirə olunduğunu bildirib.

"Nyu Yorkda Sergey Lavrov və Reks Tillerson arasında keçirilən görüşdə Suriya böhranının həllində birgə hərəkət və Yaxın Şərq və Şimali Afrikadakı situasiyanın digər aspektləri, o cümlədən Minsk razılaşmasının realizasiyası müzakirə edilib”, - Zaxarova bildirib.

Qeyd edək ki, görüş bağlı qapılar arxasında keçirilib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR