Tofiq Zülfüqarov ölüm hadisəsi ilə bağlı ifadə verdi

Tofiq Zülfüqarov ölüm hadisəsi ilə bağlı ifadə verdi

Yol-nəqliyyat hadisəsi Zığ şossesində baş verib. Mənim avtomobilimin güzgüsü piyadaya dəyib. Daha sonra piyadanın üstündən yük maşını keçib. Yəni piyada Uğur Vəliyevin ölümünə mən səbəb olmamışam.

Sfera.az xəbər verir ki,bunu Report-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O bildirib ki, piyada Zığ şossesində sürət həddi yuxarı yolda keçid olmayan yerdən, avtobusun önündən anidən maşınların hərəkət yoluna çıxıb:

"Mənim qəzada iştirakım çox nisbi olub. O, mənim maşınımın yan güzgüsünə yüngül dəyib. Mən Xətai Rayon Polis İdarəsində aparılan istintaqda şahid qismində ifadə vermişəm. Texniki ekspertiza aparılır. Müşahidə kameralarında olan görüntülərə baxılıb və tam şəkildə sübut edilib ki, qəzada mən heç bir qanun pozuntusuna yol verməmişəm. Hətta maşının sürəti nəzərdə tutulan həddən aşağı olub".

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report”un əldə etdiyi xəbərə görə, piyada Uğur Vəliyev naməlum avtomobilin sürücüsü tərəfindən vurulub və o, hadisə yerində ölüb. Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində piyadanın əvvəlcə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi "Mercedes” markalı avtomobilin yan güzgüsü ilə vurulduğu, daha sonra piyadanın üstündən Rasim Əskərovun idarə etdiyi "Ford” markalı yük maşınının keçdiyi məlum olub.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Türkiyədə virus yayılır - Qadağa qüvvəyə mindi

Türkiyə xəstə heyvanların ətindən yoluxa bilən dabaq xəstəliyinin yayılması səbəbilə ölkədə bütün mal-qara bazarlarını müvəqqəti bağlamaq qərarına gəlib.  ...

Ermənistanda Rusiya telekanallarına qadağa qoyula bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı müzakirələrin başlanmasını...

Rusiya Azərbaycana nota verib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilib".   Sfera.az xəbər verir k...

ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkındakı təntənəli “Məzun Günü” tədbiri təşki...

Bakıda rusiyalı cinayətkarların saxlanılmasının ANBAAN VİDEOSU

Xəbər verdiyimiz kimi, Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil ci...

Kreml Suriyanı Rusiya-Ərəb Zirvəsinə dəvət edəcək

Kreml Suriyanın hazırkı rəhbərliyini oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Zirvəsinə dəvət etməyi planlaşdırır.    Sfera.az xəbər verir ki, &nb...