Məhkum olunmuş sürücü gənc ananı öldürüb
Kriminal
14:20 / 15.09.2017
1347
Dünən 29 yaşlı ananın ölümünə səbəb olan avtobus sürücüsünün əvvəllər də məhkum olunduğu üzə çıxıb.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, dünən Yasamal rayonu A.Şərifzadə küçəsində baş verən yol-nəqliyyat hadisəsini törədən şəxs tutulub.
Sentyabrın 14-də saat 7 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində "Daevoo” markalı avtobus dayanacaqda uşağı ilə birgə dayanmış Bakı şəhər sakini 29 yaşı Günel Əsgərovanı vurub. Xəstəxanaya yerləşdirilən G.Əsgərova orada dünyasını dəyişib.
Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Hakim Saatov tutulub.
Sfera.az