Məşhur müğənninin böyrəyin çıxartdılar: rəfiqəsi donoru oldu - FOTO
Maqazin
19:14 / 14.09.2017
4388
24 yaşlı məşhur müğənni Selena Qomezin Instagram hesabından etdiyi etiraf, sanki, bomba effekti yaradıb.
Cazibədar müğənni bütün yaz çox göz önündə olmamasının əsl səbəbini açıqlayıb. Belə ki, Qomez Instagram səhifəsində etdiyi bir paylaşımla həqiqəti üzə çıxarmış olub.
Milli.Az xəbər verir ki, Qomez uzun müddətdir müalicə gördüyü Lupus (İmmunitet sisteminin pozulması ilə yaranan xəstəlikdir. 20-40 yaş arası insanlarda müşahidə edilir) xəstəliyi səbəbiylə böyrək çatışmazlığından əziyyət çəkdiyini açıqlayıb.
Gənc müğənni xəstəxana yatağında çəkilən bir fotosunu paylaşıb keçirdiyi böyrək nəqli ilə bağlı prosesi anladıb:
"Ötən bir neçə aydır ki, bunu sizə demək istəyirdim. Sağlamlığımın tamamilə düzəlməsi üçün buna ehtiyacım vardı. İctimaiyyətin qarşısında ailəmə və həkim heyətinə həm əməliyyat öncəsi və sonrasında mənim üçün etdikləri hər şeyə görə təşəkkür edirəm".
Selena Qomez ona böyrəyini verən şəxsin ən yaxın dostu olduğunu açıqlayıb. Gənc ulduz "Gözəl rəfiqəm Fransia Raisa mənə bənzərsiz, unikal bir hədiyyə verdi. Səni çox sevirəm bacım" deyərək ona böyrək donoru olan xanıma da təşəkkür edib.