"İnterfaks"ın redaktorunun meyiti tapılıb

"İnterfaks” xəbər agentliyinin redaktoru Yuri Nikiforov evinin həyətində asılmış şəkildə tapılıb.

Bu barədə "Life” informasiya yayıb.

Nikiforovun cəsədi Marşal Krılov küçəsindəki evinin həyətində tapılıb. Cəsədi ilk olaraq mərhumun həyat yoldaşı aşkarlayıb. Hazırda tanınmış jurnalistin ölümünün səbəbləri araşdırılır.

Cəsəd məhkəmə-tibbi ekspertizasına göndərilib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR