Avtobus dayanacağa çırpıldı, sürücü qaçdı: yaralanan var

Hadisə
10:41 / 14.09.2017
1400
Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə "İnşaatçılar" metro stansiyasının yanında qeydə alınıb.
39 saylı sərnişin avtobusu metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində bir qadının ağır yaralandığı bildirilir. Sürücü hadisə yerindən qaçıb.
Hazırda hadisə yerinə yol polisi əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.
Qəzanın baş vermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb.
Sfera.az