Sumqayıtda “zəlzələ”: "dağıntılar" altında qalanlar xilas edildi - FOTOLAR

Sumqayıtda “zəlzələ”: "dağıntılar" altında qalanlar xilas edildi  - FOTOLAR

"Azərikimya” İB-nin Etilen-polietilen zavodu ərazisində obyekt mülki müdafiə məşqi keçirilib.

 

SOCAR-ın "2015-cü il üçün mülki müdafiə tədbirləri planı”na və "Azərikimya” İstehsalat Birliyinin rəhbərliyinin müvafiq əmrinə uyğun olaraq Etilen-polietilen zavodunun yüksək təzyiqli polietilen istehsalı sahəsində ("Polimir-120” istehsalatı) "Fövqəladə hadisələrin nəticələ­rinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirilib.

Məşqdə "Azərikimya” İB-nin Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin tərkibindəki mühəndis-kəşfiyyat manqası, xilasetmə dəstəsi, kimya-radiasiya müşahidə postu, qazdan xilasetmə dəstəsi, müşahidə və laboratoriya şəbəkəsi, sanitar postu, rabitə, yanğınsöndürmə, elektrik, qaz və su xətlərinin təmiri manqaları, fərdi mühafizə vasitələrinin paylanması məntəqəsi, həmçinin "Etalon Security” MMC-nin 15 nəfərdən ibarət mühafizə dəstəsi, FHN-nin Sumqayıt Regional Mərkəzin xüsusi xilasetmə hissəsinin xilasetmə dəstəsi, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin şəxsi heyəti, respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin üzvləri, Sumqayıt şəhər təxirəsalınmaz təcili tibbi yardım stansiyasının bir briqadası iştirak edib.

Şərti zəlzələnin təsirindən zavodun Polietilen istehsalatının polietilenin çeşidlənməsi, qablaşdırılması və buraxılması sahəsində işçilərin təxliyə edilməsi, dağıntıların altından insanların xilas edilməsi, eyni zamanda baş vermiş şərti yanğının yayılmasının qarşısının alınması və işçilərin maksimum mühafizə olunması məqsədi daşıyan məşqdə həyəcan siqnalının verilməsi ilə mülki müdafiə və yanğınsöndürmə dəstələri, həmçinin xüsusi xilasetmə qrupları özlərini hadisə yerinə çatdırıblar. Mühəndis kəşfiyyat qrupu tərəfindən hadisə baş vermiş ərazidəki vəziyyət barədə məlumat toplanıldıqdan, həmçinin radiasiya-kəşfiyyat qrupu tərəfindən ərazinin nə dərəcədə zəhərli və radiasiya təhlükəli olması ilə bağlı Mülki Müdafiə Qərargahına məlumat verildikdən sonra sahənin işçilərinin təxliyə edilməsi, xilasetmə manqaları tərəfindən xəsarət alanların xilas edilərək təhlükəsiz əraziyə çıxarılması, ilkin tibbi yardım göstərmək üçün sanitar posta təhvil verilməsi və ağır vəziyyətdə olanların təcili yardım maşınlarında şəhərin müalicə müəssisələrinə göndə­rilməsi əməliyyatları yerinə yetirilib. Yanğından Mühafizə İdarəsinin şəxsi heyətinin operafiv müda­xiləsi ilə polietilenin çeşidlənməsi, qablaşdırılması və buraxılması sahəsindəki deformasiyaya uğramış Polietilenin qəbulu və qarışdırılması, analız və hazır məhsulun saxlanması bunkerlərində və pnevmonəql boru kəmərində baş vermiş yanğının sahəsi böyüyərək alovun həmin sahənin hazır məhsul anbarına keçməsinin qarşısı alınmaqla yanğın söndürülüb.

Məşqin davam etdiyi müddət ərzində SOCAR-ın mühafizə dəstəsi, FHN-nin Sumqayıt Regional Mərkəzin xüsusi xilasetmə hissəsinin xilasetmə dəstəsi, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin şəxsi heyəti, respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin üzvləri, Sumqayıt şəhər Təxirəsalınmaz təcili tibbi yardım stansiyasının briqadası, Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri qarşılıqlı fəaliyyət göstərmiş, peşəkarlıq nümayiş etdirmiş, pərakəndəliyə və çaşqınlığa yol verməyiblər.

Keçirilən "Obyekt mülki müdafiə məşqi”ndə qarşıya qoyulmuş məqsədlərə nail olunub. 


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Azərbaycanda yaşayış binasında partlayış: ölən xəsarət alanlar var

Gəncədə binada partlayış baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.   5 mərtəbəli yaşayış binasında b...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...