Şadlıq evlərinə yeni - QADAĞA

Şadlıq evlərinə yeni - QADAĞA

Tələbləri pozanlara qarşı 1000 manat cərimə nəzərdə tutulur.

Şadlıq evlərində musiqi çalınarkən istifadə edilən səsin gücü 85 desibeldən yüksək olmamalıdır. 

Sfera.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı deyib.

Onun sözlərinə görə, bu məsələ qurum tərəfindən hazırlanan sənəddə öz əksini tapıb: 

“Şadlıq saraylarında nəzərdə tutulan səs diapazonundan artıq səsləndirmə insan sağlamlığına ziyandır. Ona görə də bütün şadlıq sarayları bu qaydalara əməl etməli və göstərilən diapazonu keçməməlidirlər”.

Mütəxəssislər isə əksər şadlıq evlərində musiqi çalınarkən 200-300 desibel səs gücündən istifadə olunduğunu deyirlər. Şadlıq evlərindən isə bunu toy sahiblərinin tələbləri ilə əlaqələndirirlər.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən şadlıq evlərində akustika tələblərini pozanlara qarşı 1000 manat cərimə nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Azərbaycanda yaşayış binasında partlayış: ölən xəsarət alanlar var

Gəncədə binada partlayış baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.   5 mərtəbəli yaşayış binasında b...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...