Azərbaycan fındığı Rusiyaya ixrac olunacaq

Azərbaycan fındığı Rusiyaya ixrac olunacaq
 Rusiyada keçirilən 26-cı "Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin ilk günündə ölkəmizin "Made in Azerbaijan” vahid ölkə stendi sərgi ziyarətçiləri, xüsusilə də müxtəlif ölkələrin nümayəndə heyətləri tərəfindən maraqla qarşılanıb.

İqtisadiyyat Nazirliyindən AzVision.az-a verilən məlumata görə, milli üslubda hazırlanmış Azərbaycan stendini ziyarət edənlərə 30-dan çox ixracatçı şirkətimizin keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları, ölkəmizin biznes və investisiya imkanları barədə geniş məlumat verilib, çap materialları paylanıb. Azərbaycan mətbəxi, milli musiqimiz və rəqslərimiz, qədim xalçaçılıq sənətinin əyani nümayiş olunması sərgi ziyarətçilərində böyük təəssürat yaradıb. Ziyarətçilər Azərbaycan stendində nümayiş olunan meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qida məhsullarına dair geniş məlumat almaq və onları dadmaq imkanı əldə ediblər.

Sərginin açılış mərasimindəki çıxışında Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat nazirinin müavini Sahil Babayev qarşılıqlı dostluq və faydalı tərəfdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan - Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb, Azərbaycanın ilk dəfə olaraq "Worldfood Moscow” Sərgisinin ekskluziv partnyoru olduğunu diqqətə çatdırıb.

Sərginin rəsmi açılışından sonra Rusiya Federasiyasının, eləcə də sərgi iştirakçısı olan digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Azərbaycanın vahid ölkə stendi ilə tanış olublar.

"Worldfood Moscow” çərçivəsində bir sıra Azərbaycan məhsullarına böyük maraq göstərilib. Artıq Azərbaycanın "Azərstar” MMC şirkəti ilə Rusiyanın 2 şirkəti arasında yerli fındığın bu ölkəyə ixracına dair müqavilələr imzalanıb.

Rusiyanın kütləvi informasiya vasitələri də "Made in Azerbaijan” stendinə böyük maraq göstərirlər.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...