Azad robot Putinlə salamlaşdı - Video

Azad robot Putinlə salamlaşdı - Video

Test olunduğu laboratoriyadan qaçdığına görə mətbuatda "Azad robot” adlandırılan Rusiya istehsalı "Promobot” texnologiya sərgisində Prezident Vladimir Putinlə salamlaşıb, hətta prezidentin əlini sıxmağı da unutmayıb.

Hadisə Rusiya prezidenti Permdə təşkil olunan texnologiya sərgisini ziyarət edərkən baş verib.

Putinə yaxınlaşan insan ölçülərindəki robot haqqında məlumat verməyə hazırlaşan təmsilçilərə fürsət vermədən sözə başlayıb: "Salam Vladimir Vladimiroviç Putin, mən Promobot”. Rusiya prezidenti də öz növbəsində Promobota əlini uzadaraq onunla salamlaşıb.

Qeyd edək ki, Promobot təxminən 20 nəfərlik bir işçi qrup tərəfindən 3 illik fəaliyyətin nəticəsi kimi ortaya çıxıb. Ötən il laboratoriyanın qapısının açıq qalmasından istifadə edərək qaçan robot "Azad robot”, iyul ayında isə kitab rəfinin üzərindən yıxılan azyaşlı qızı xilas etdiyi üçün "Qəhrəman robot” kimi məşhurlaşmışdı.

Sfera.az


OXŞAR XƏBƏRLƏR