Zakir Həsənovun İsrailə rəsmi səfəri başladı

Gündəm
09:30 / 11.09.2017
1509
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın dəvəti ilə Tel-Əviv şəhərinə yola düşüb.
MN-dən Sfera.az-a verilən məlumata görə, rəsmi səfər çərçivəsində Z. Həsənovun İsrailin müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.
Sfera.az